Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsindəki yolların ABŞ-dəkı avtomobil yolları ilə müqayisədə daha keyfiyyətli olması ilə öyünüb.
Qaziler.az “Nyus.ru”ya istinadla xəbər verir ki, bu barədə ABŞ prezidenti Donald Tramp mətbuat konfransında danışıb.
“Clash Report”un yaydığı xəbərdə qeyd olunub ki, bu, erməni siyasətçinin Vaşinqtona səfəri zamanı baş verib. Tramp özü Paşinyanın bəyanatını utancverici adlandırıb.
“O dedi ki, Ermənistanda yollar Vaşinqtondan yaxşıdır. Bu, ruhdan salır”, - ABŞ prezidenti bildirib.
QAZİLER.AZ