“Apple” yeni “iPhone 17”nin konfiqurasiyasını dəyişməyi, cihazın baza yaddaşını 2 dəfə artıraraq, 128 GB-dan 256 GB-a çatdırmağı planlaşdırır.
Qaziler.az bildirir ki, bu barədə “Weibo” Çinin “Instant Digital” insayderinə istinadən məlumat yayıb.
Məlumatda qeyd olunub ki, smartfonun qiyməti 50 dollar artacaq.
“Instant Digital”dan verilən məlumatlar doğrudursa, 256 GB yaddaşa malik yeni başlanğıc "Pro" versiyası əvvəlki 999 dollar əvəzinə, 1 049 dollara başa gələcək. Bu addımın istehlakçılara nisbətən kiçik əlavə ödəniş müqabilində əhəmiyyətli dərəcədə daha çox funksiya əldə etməyə imkan verəcəyi gözlənilir.
QAZİLER.AZ