Ağ ev 4 iyul 2026-cı ildə ilk dəfə “Ultimate Fighting Championship” döyüşünü keçirəcək. Döyüş ABŞ-ın Müstəqillik Gününə təsadüf edəcək.
Qaziler.az xəbər verir ki, bu barədə UFC prezidenti Deyna Uayt “CBS News”a açıqlamasında deyib.
“Bu mütləq baş verəcək. O, [ABŞ Prezidenti Donald Tramp] zəng edib məndən bunu etməyimi istəyəndə belə dedi: “Bütün bunların mərkəzində İvankanın (ABŞ liderinin qızı) olmasını istəyirəm”, - Uayt jurnalistlərə açıqlamasında bildirib.
UFC prezidenti 2025-ci ilin avqust ayının sonunda Tramp və qızı ilə bütün detalları qərarlaşdırmağı planlaşdırır. Jurnalistlərin sözlərinə görə, Ağ ev döyüşün baş tutacağını düşünür.
QAZİLER.AZ