Vuçiç prezidentlik karyerasını nə zaman başa vuracağını açıqlayıb

Vuçiç prezidentlik karyerasını nə zaman başa vuracağını açıqlayıb backend

Serbiya Prezidenti Aleksandr Vuçiç növbəti prezident seçkilərində namizədliyini irəli sürməyi planlaşdırmadığını bildirib.

“Report” xəbər verir ki, bu barədə Serbiya KİV-i məlumat yayıb.

Vuçiçin sözlərinə görə, o, prezidentlik karyerasını il yarımdan sonra başa vuracaq.

"Mən siyasi veteranam, artıq namizədliyimi irəli sürə bilmərəm və konstitusiyanı dəyişdirmək niyyətində deyiləm", - o bildirib.

Bundan əlavə, o, respublikada növbədənkənar parlament seçkilərinin keçirilməsini mümkün hesab edib.