Estoniya Xarici İşlər Nazirliyi Rusiya səfirliyinin birinci katibi Dmitri Prilepini ölkənin daxili işlərinə fəal müdaxilə etdiyinə və konstitusiya quruluşuna zərbə vurduğuna görə persona non qrata elan edib.
Qazler.az bildirir ki, bu barədə Estoniya Xarici İşlər Nazirliyi və ERR-in saytı məlumat yayıb.
Estoniya Xarici İşlər Nazirliyi bu gün, avqustun 13-də Rusiya səfirliyinin müvəqqəti işlər vəkilini çağırıb. Rusiya səfirliyinin birinci katibi persona-non-qrata elan edilib və bildirilib ki, diplomat Estoniyanı tərk etməlidir.
Estoniya XİN Rusiya nümayəndəsinə izah edib ki, Estoniya Rusiyanın konstitusiya quruluşuna və daxili sabitliyinə qarşı hərəkətlərinə dözmək niyyətində deyil.
Estoniya da hadisə ilə bağlı tərəfdaşlarını və müttəfiqlərini məlumatlandıracaq.
QAZİLER.AZ