ABŞ prezidenti Donald Tramp gələcəkdə Rusiyaya səfər etməyi planlaşdırır.
Qaziler.az Sky News-a istinadən xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Kerolayn Levitt brifinq zamanı deyib.
Levitt deyib ki, o, Trampın avqustun 15-də Putinlə görüşündən sonra optimist qalacağına “çox əmindir”.
"Düşünürəm ki, bu, prezident üçün dinləmə məşqi olacaq. Bu, bu müharibənin yalnız bir tərəfi ilə görüş olacaq, ona görə də prezident bu müharibəni necə bitirə biləcəyimiz barədə daha aydın təsəvvür əldə edə biləcək", - o, deyib.
Ağ Evin mətbuat katibi əlavə edib ki, görüşün “mexanizmi və qrafiki” hələ də razılaşdırımaq üzrədir.
O, həmçinin bildirib ki, Tramp gələcəkdə Rusiyaya səfər etməyi planlaşdırır.
QAZİLER.AZ
