Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla Ankoricdə görüşəcək,
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt bildirib.
"Prezident Tramp cümə günü səhər Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli görüş keçirmək üçün Alyaska ştatının Ankoric şəhərinə gedəcək", - deyə o, qeyd edib.
Levitt vurğulayıb ki, Tramp Putini Amerika torpağında qəbul etməkdən şərəf duyur. Onun sözlərinə görə, Amerika liderinin prioriteti həmişə sülhün bərqərar olması və qan tökülməsinin dayandırılması olub.
QAZİLER.AZ