Sudanda son bir həftədə vəbadan 50 nəfər ölüb

Sudanda son bir həftədə vəbadan 50 nəfər ölüb backend

Sudanda son bir həftədə 2627 yeni vəba hadisəsi qeydə alındığı halda, bu xəstəlikdən 50 nəfər həyatını itirib.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Sudanın Səhiyyə Nazirliyi son bir həftədə ölkədə 2627 yeni vəba hadisəsinin aşkar edildiyini açıqlayıb.

Bəyanatda son bir həftədə 50 nəfərin vəbadan öldüyü də bildirilir.

Sudanda 2024-cü ilin avqustundan bu yana qeydə alınan vəba hadisələrinin ümumi sayı 99 756 nəfərə, ölənlərin sayı isə 2 475 nəfərə çatıb.

Sudanda ötən ilin iyun ayında başlayan yağışlar və daşqınlar vəba xəstəliyinin yayılmasına səbəb olub.

Sudan hakimiyyəti 12 avqust 2024-cü ildə vəba xəstəliyini pandemiya elan etdi.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlərin Əlaqələndirilməsi Ofisi 1 oktyabr 2024-cü il tarixində 3,4 milyon Sudanlı uşağın pandemiya riski altında olduğunu bildirdi.

BMT-nin Uşaq Fondu (UNICEF) 5 oktyabr 2024-cü ildə Sudana 1,4 milyon doza vəba peyvəndi göndərdiyini açıqladı.

Müharibənin davam etdiyi Sudanda epidemiyaların yayılması, xüsusən də səhiyyə sisteminin təsirsiz olması insanların həyatını daha da çətinləşdirir.

QAZİLER.AZ