Şimali Koreya İsraili qınadı, Qəzzanı tərk etməsini TƏLƏB ETDİ

Şimali Koreya İsraili qınadı, Qəzzanı tərk etməsini  TƏLƏB ETDİ backend

KXDR Xarici İşlər Nazirliyi İsraili bütün Qəzza zolağının işğalı planına görə qınayır və İsrail qüvvələrinin oranı tərk etməsini tələb edir.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, bu barədə nazirliyin rəsmi bəyanatı Koreya Mərkəzi Teleqraf Agentliyinə istinadən verilib.

"İsrail Nazirlər Kabinetinin Fələstinin Qəzza zolağının tamamilə ələ keçirilməsi ilə bağlı qərarı beynəlxalq hüququ açıq şəkildə pozur və Fələstinin beynəlxalq səviyyədə tanınmış ərazisini ələ keçirmək istəyində özünü göstərən [İsrailin] quldur xarakterini açıq şəkildə nümayiş etdirir”, - sənəddə qeyd edilib.

Pxenyan “Qəzza zolağının ərazi mənsubiyyətini və onun əhalisinin tərkibini dəyişdirmək üçün birtərəfli cəhdləri” qəbuledilməz adlandırıb və fələstinlilərə qarşı hücumların dərhal dayandırılmasını tələb edib.

QAZİLER.AZ