Çin XİN-də kadr dəyişiklikləri nüfuzunu sarsıda bilər - "Bloomberg"

Çin XİN-də kadr dəyişiklikləri nüfuzunu sarsıda bilər - "Bloomberg" backend

Çin rəhbərliyinin təşəbbüsü ilə Xarici İşlər Nazirliyində kadr dəyişiklikləri Pekinin beynəlxalq nüfuzuna xələl gətirə bilər.

Qaziler.az bildirir ki, bu barədə “Bloomberg” Sinqapurdakı Nanyang Texnoloji Universitetinin dosenti Dilan Loya istinadən xəbər verir. Onun sözlərinə görə, Çin Kommunist Partiyasının Beynəlxalq Departamentinin direktoru Liu Jiançaonun həbsi və bu kimi hərəkətlər Çinin xarici siyasət sferasında nüfuzunu daha da sarsıdacaq.

“Çinin xarici siyasət aparatı bir çoxlarının ölkənin xarici işlər naziri olacağına inandığı yüksək rütbəli şəxsin dindirilməsi xəbərlərindən sonra hakimiyyətin varisliyi ilə bağlı suallarla yenidən üzləşib”, - nəşrin yazısında qeyd olunub.

QAZİLER.AZ