Çin hərbi gəmiləri Cənubi Çin dənizində Filippin gəmisini təqib edərkən toqquşub. Hadisə Huangyan adası yaxınlığında baş verib.
Qaziler.az xəbər verir ki, bu barədə “The Japan Times” məlumat yayıb.
Çin sahil mühafizə gəmisi su şırnaqlarından istifadə edərək Filippin gəmisini fəal şəkildə təqib edib. Təqib zamanı o, gözlənilmədən 164 nömrəli Çin Xalq Azadlıq Ordusuna məxsus daha böyük gəmiyə çırpılıb. Toqquşma nəticəsində hər iki Çin gəmisi ciddi zədələnib.
Məlumata görə, döyüş gəmisinin gövdəsində deşik yaranıb, qayıq isə ciddi zədələnib.
QAZİLER.AZ