Tramp: "Rusiya Hitleri və Napoleonu məğlub edən nəhəng ölkədir"

Tramp: "Rusiya Hitleri və Napoleonu məğlub edən nəhəng ölkədir" backend

ABŞ prezidenti Donald Tramp bildirib ki, Rusiya Adolf Hitler və Birinci Fransa İmperiyasının İmperatoru Napoleon Bonapartın başçılıq etdiyi nasist Almaniyasını məğlub edə bilmiş nəhəng ölkədir.

Qaziler.az bildirir ki, bu barədə ABŞ lideri Ağ Evdə mətbuat konfransında danışarkən deyib.  O bildirib ki, Rusiyanın gücü onun tarixindədir.

“Onlar çoxlu müharibələrdən keçiblər. Dostum dedi ki, Rusiya güclüdür. Onlar da bizim kimi Hitleri məğlub etdilər. Onlar Napoleonu da məğlub ediblər”, - Tramp qeyd edib.

Amerika lideri dost hesab etdiyi Macarıstanın baş naziri Viktor Orbanla bu məsələni müzakirə etdiyini də deyib. Tramp deyib ki, Rusiyanın Ukrayna münaqişəsində mümkün məğlubiyyəti ilə bağlı sualına dostu Orban belə cavab verib: “Rusiya qalib gələn nəhəng ölkədir”.

QAZİLER.AZ