Aİ Tramp-Putin sammiti öncəsi Rusiyaya təzyiq göstərməyə ÇAĞIRIŞ ETDİ

Aİ Tramp-Putin sammiti öncəsi Rusiyaya təzyiq göstərməyə ÇAĞIRIŞ ETDİ backend

Aİ-nin xarici işlər nazirləri Alyaskada Rusiya-ABŞ sammiti öncəsi videokonfrans keçiriblər. Bunun ardınca Aİ diplomatik xidmətinin rəhbəri Kaya Kallas transatlantik birliyə müraciətində Ukraynaya dəstək verməyə və Rusiyaya təzyiqi artırmağa çağırıb.

Qaziler.az bu barədə “Nyus.ru”ya istinadla xəbər verir.

Kaya Kallasın sözlərinə görə, bu yolla Avropa Moskvanın mümkün təcavüzünün qarşısını almaq niyyətindədir.

“Transatlantik birlik, Ukraynaya dəstək və Rusiyaya təzyiq - biz bu müharibəni belə başa vuracağıq”, - Kallas “X” sosial şəbəkəsində yazıb.

Danışıqlar mətbuata yekun açıqlama verilmədən bağlı qapılar arxasında keçirilib. Məsləhətləşmələrin əsas mövzusu Aİ liderləri, Avropa Komissiyasının rəhbəri və NATO baş katibinin ABŞ prezidenti Donald Trampla telefon danışıqlarına hazırlıq olub. Avropa mənbələrinin məlumatına görə, görüşün avqustun 13-də keçirilməsi nəzərdə tutulur.Əsas məqsəd Trampı Rusiya ilə yalnız təzyiq vasitəsi ilə təsir etməyə inandırmaqdır.

QAZİLER.AZ