İsrail ordusu özünü jurnalist kimi təqdim edən HƏMAS komandirini zərərsizləşdirib

İsrail ordusu özünü jurnalist kimi təqdim edən HƏMAS komandirini zərərsizləşdirib backend

İsrail Müdafiə Ordusu Qəzza şəhərində özünü Qətərin "Al Jazeera" telekanalının jurnalisti kimi təqdim edən HƏMAS komandirini zərərsizləşdirib.

Trend-in məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.

"Bu yaxınlarda İsrail ordusu Qəzza şəhərində özünü "Al Jazeera" telekanalının jurnalisti kimi təqdim edən Ənəs əl-Şərif adlı terrorçunu vurub. Əl-Şərif HƏMAS-ın tərkibində terrorçu dəstəyə rəhbərlik edib və İsrail mülki əhalisinə və əsgərlərinə raket hücumlarına cavabdeh olub", - deyə bildirilib.