Türkiyə və Rusiya münasibətlərdə yaranmış böhranın öhdəsindən gələ biləcəklər. Trend "TRT Haber" telekanalına istinadən məlumat verir ki, Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Onun sözlərinə görə, buna qədər də Rusiya Hərbi Hava Qüvvələri Türkiyənin hava məkanını pozmuşdu, lakin bütün problemləri diplomatik yolla həll olunmuşdu.Qeyd edək ki, Türkiyə Hərbi Hava Qüvvələrinin Rusiyaya məxsus "Su-24" qırıcı təyyarəsini vurmasından sonra iki ölkə arasında münasibətlər pisləşib.