Atlantikadan Nyu-Yorka doğru meteomüşahidələr tarixinin ən güclü qar burulğanı yaxınlaşır.
QAZİLƏR.AZ saytının APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə şəhərin meri Bill de Blazio bildirib.O, müraciətində Nyu-York sakinlərini zərurət olmadan evdən çıxmamağa və avtomobil nəqliyyatından istifadə etməməyə çağırıb.“Nyu-York ən pis varianta hazır olmalıdır. Bu burulğanı ciddiyə almamaq doğru olmazdı” - deyə de Blazio qeyd edib.