Misirdə avtobus yük maşınlarına çırpıldı: Ölənlər və onlarla yaralı var

Misirdə avtobus yük maşınlarına çırpıldı: Ölənlər və onlarla yaralı var backend

Misirin Giza əyalətinin Atfih rayonunda avtobusun dayanmış iki yük maşını ilə toqquşması nəticəsində 7 nəfər ölüb, 40-dan çox insan yaralanıb.

Qaziler.az bildirir ki, bu barədə avqustun 8-də “Al Masry Al Youm” qəzeti məlumat yayıb.

“İlkin araşdırmalar göstərib ki, qəza “Super Jet” markalı avtobusun qəfil xarab olması səbəbindən yolun kənarında dayanmış iki yük maşını ilə toqquşması nəticəsində baş verib”.

Nəşr hadisə nəticəsində 7 nəfərin öldüyü, 44 nəfərin yaralandığına aydınlıq gətirib. Bütün zərərçəkənlər xəstəxanaya yerləşdirilib. Hazırda hadisənin bütün şəraiti müəyyən edilir.

QAZİLER.AZ