Məşhur aktyorun nəvəsi qadına hücum etdiyi üçün saxlanılıb

Məşhur aktyorun nəvəsi qadına hücum etdiyi üçün saxlanılıb backend

Məşhur amerikalı aktyor Cek Nikolsonun nəvəsi Şon məişət zorakılığı ittihamı ilə həbs edilib.

Qaziler.az bildirir ki, bu barədə “Page Six” portalı məlumat yayıb.

29 yaşlı Şon avqustun 5-də həbs edilib və həmin gün 50 min dollar girov müqabilində sərbəst buraxılıb. Məhkəmənin avqustun 26-da keçiriləcəyi bildirilir.

Şon aktyorun Sandra Naytla evliliyində doğulan Cek Nikolsonun böyük qızı Cenniferin oğludur.

“Parıltı” və “Ququ yuvasının üstündən uçan” filmlərinin 88 yaşlı ulduzunun beş qadından altı uşağı var.

QAZİLER.AZ