Canlı efirdə insult keçirən avropalı nazirin vəziyyəti ağır olaraq qalır - VİDEO

Canlı efirdə insult keçirən avropalı nazirin vəziyyəti ağır olaraq qalır - VİDEO backend

Serbiyanın dövlət investisiyalar naziri Darko Qlişiç "Pink" telekanalında səhər proqramının canlı yayımı zamanı insult keçirib.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki,  müvafiq görüntülər internetdə yayımlanıb. Məmurun sifəti əyilir, lakin aparıcılar ona nə baş verdiyini dərhal dərk etməyiblər.

Nazir həmçinin danışmağa çətinlik çəkib, üzünün bir hissəsi hissizləşib. Aparıcılar hər şeyin qaydasında olub-olmadığını soruşdular və əvvəlcə Qlişiç onları sakitləşdirməyə çalışsa da, sonda məmur təcili xəstəxanaya yerləşdirilməli olub.

Həkimlərin sözlərinə görə, hazırda nazirin vəziyyəti ağır kimi qiymətləndirilir. Serbiya prezidenti Aleksandar Vucic onu xəstəxanada ziyarət edib.

Yerli mətbuatın yazdığına görə, Qlişiç dövlət başçısına ən yaxın adamlardan biridir.

QAZİLER.AZ