ABŞ Ədliyyə Nazirliyi və ABŞ Dövlət Departamenti Venesuela prezidenti Nikolas Maduro haqqında məlumat verənlərə mükafat elan edib. Mükafat 50 milyon dollardır.
Qaziler.az bildirir ki, bu barədə ABŞ-ın baş prokuroru Pamela Bondinin X (Twitter) səhifəsində qeyd olunub.
ABŞ narkotik ticarəti, korrupsiya və insan haqlarını pozmaqda ittiham olunan Maduronunun tutulmasına kömək edəcək məlumatlara görə mükafat ödəməyə hazırdır. Xüsusilə, bu, terrorçu kimi tanınan təşkilatların ABŞ-a narkotik maddələrin idxalı üçün istifadəsinə aiddir.
“Maduro ölümcül narkotik və zorakılığı ölkəmizə gətirmək üçün xarici terror təşkilatlarından istifadə edir”, - Bondi bildirib.
QAZİLER.AZ