Tramp yalnız Putinlə deyil, Zelenski ilə ayrı görüş keçirə bilər - WP

Tramp yalnız Putinlə deyil, Zelenski ilə ayrı görüş keçirə bilər -  WP backend

ABŞ prezidenti Donald Tramp mümkün üçtərəfli sammit öncəsi Rusiya diktatoru Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilə ayrı-ayrılıqda görüşlər keçirə bilər.

Qaziler.az bildirir ki, bu barədə "The Washington Post" xəbər verir.

Adı açıqlanmayan yüksək rütbəli ukraynalı məmur bildirib ki, Trampın dünən Avropa liderləri ilə görüşü zamanı ayrı-ayrı görüşlərin mümkünlüyü müzakirə olunub.

WP yazır ki, Kreml başçısının köməkçisi Yuri Uşakovun üçtərəfli görüşün əhəmiyyətini azaltmaq qərarı davam edən gərginliyi vurğulayır.

Eyni zamanda, hər iki tərəf indi bunun gətirə biləcəyi üstünlükləri nəzərə alaraq, ilk növbədə Trampla görüşməyə can atırlar.

QAZİLER.AZ