Zaxarova: Sandu Saakaşvilidən də pisdir
Moldova prezidenti Maya Sandu Gürcüstanın keçmiş lideri Mixail Saakaşvilidən də pisdir.
Qaziler.az lenta.ru-ya istinadən bildirir ki, siyasətçiləri Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Telegram kanalında müqayisə edib.
Zaxarova yazıb: “Sandu növbəti Saakaşvilidir, ondan da pisdir”.
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Moldova məhkəməsinin avqustun 5-də Qaqauziyanın Başkanı (rəhbəri) Yevgeniya Qutsulu maliyyə fırıldaqlarında ittiham edərək 7 il müddətinə azadlıqdan məhrum edən qərarını belə şərh edib. Sonradan məlum olub ki, Başkanı cəzalandıran hakim Anna Kuçeresku naməlum şəxslər tərəfindən hədələnib.
QAZİLER.AZ