Papua - Yeni Qvineyada 5,9 bal gücündə zəlzələ baş verib

Papua - Yeni Qvineyada 5,9 bal gücündə zəlzələ baş verib backend

Okeaniya ölkəsi Papua - Yeni Qvineyada 5,9 bal gücündə zəlzələ baş verib.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, ABŞ Geoloji Xidməti (USGS) 5,9 bal gücündə zəlzələnin episentrinin Yeni İrlandiya adası olduğunu açıqlayıb.

Təxminən 12 mil (19 kilometr) dərinlikdə baş verən zəlzələdən sonra sunami xəbərdarlığı edilməyib və ilkin məlumatlara görə, tələfat və dağıntılar barədə məlumat verilməyib.

Papua Yeni Qvineya Sakit Okeanın "Alov halqası"nda yerləşir, burada dünyanın əksər zəlzələləri və vulkanik fəaliyyətlər baş verir.

QAZİLER.AZ