Xərçəngə qalib gəldi və lotereyada 1 milyon funt sterlinq qazandı

Xərçəngə qalib gəldi və lotereyada 1 milyon funt sterlinq qazandı backend

 İngiltərədə tək ata xərçəngə qalib gələrək lotereyada 1 milyon funt sterlinq udub.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, onun özünün dediyinə görə, övladlarını da tətilə aparıb dünyanı göstərməyi planlaşdırır.

Norfolkdan olan 51 yaşlı Pol Harvi əvvəllər Kiprdə yaşadığını və yunan dilini öyrəndiyini, ona görə də ailəsini Yunanıstana aparmaq və biliklərini nümayiş etdirmək istədiyini söylədi.

Bundan əlavə, o, qızına maşın almağı planlaşdırır ki, o, sürməyi öyrənməyə başlasın.

"Bu təkcə pul deyil. Bu, yeni bir fəsil başlamaq, üçümüz üçün sabit və xoşbəxt həyat qurmaq şansıdır. Mən onlara dənizi, mədəniyyəti, yeməklərin dadını göstərmək istəyirəm, - Harvi deyib.

QAZİLER.AZ