ABŞ prezidenti Donald Tramp Rusiya diktatoru Vladimir Putinlə yalnız Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşə razılıq verəcəyi təqdirdə görüşəcək.
Qaziler.az bildirir ki, bu barədə "The New York Post"a istinadən xəbər verir.
"Görüşün (Trampla - red.) baş tutması üçün Putin Zelenski ilə görüşməlidir. Görüşün yeri hələ müəyyən edilməyib", - Ağ Evin adını açıqlamayan nümayəndəsi nəşrə bildirib.
Xatırladaq ki, dünən, avqustun 6-da ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoff Moskvaya səfər edib və orada Rusiya prezidenti Vladimir Putinlə görüşüb.
QAZİLER.AZ