ABŞ-də hakerlər Federal Məhkəmələrə "hücum" ediblər

ABŞ-də hakerlər Federal Məhkəmələrə "hücum" ediblər backend

ABŞ-də hakerlər federal məhkəmələrin işlərin verilməsi və qeydiyyatı sistemini sındırıblar.

Qaziler.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Kiberhücum nəticəsində hakerlər cinayətkarlar və cinayət işləri haqqında məlumatları oğurlayıblar.

Hakerlər həmçinin məxfilik proqramı ilə qorunmalı olan şahidlər haqqında məlumatları da ifşa etmiş ola bilərlər. ABŞ-nin Ədliyyə Departamenti federal məhkəmələrlə əlaqədar araşdırma aparır.

Məlumat sızmasının miqyası və sistemi sındıranların kimliyi hələlik məlum deyil.

QAZİLER.AZ