Yaponiya "F2" döyüş təyyarəsi qəzaya uğrayıb

Yaponiya "F2" döyüş təyyarəsi qəzaya uğrayıb backend

Yaponiyada Özünümüdafiə Qüvvələrinə məxsus "F2" döyüş təyyarəsi Tokio ilə həmsərhəd İbaraki prefekturasının yaxınlığında Sakit okean üzərində qəzaya uğrayıb.

Qazileraz-ın məlumatına görə, bu barədə Yaponiyanın ictimai televiziyası (NHK) xəbər yayıb.

Yenilənmiş məlumata görə, qırıcı təyyarənin göyərtəsində bir pilot olub, o, katapult edərək xilas olub. Xilasetmə xidmətləri artıq pilotu tapıb və xəstəxanaya yerləşdirilib, həyatı üçün təhlükə yoxdur.

Qeyd olunur ki, qırıcı təyyarə təlim uçuşunda olub. Qəzanın səbəbləri araşdırılır.

QAZİLER.AZ