ABŞ prezidenti Donald Trampın administrasiyası Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsinin (NASA) iki missiyasını bağlayacaq.
Qaziler.az bildirir ki, bu barədə Associated Press (AP) sənədlərə istinadən xəbər verir.
Bunlar 2014 və 2019-cu illərdə orbitə buraxılan “Orbiting Carbon Observatory-2” (OCO-2) və OCO-3 kosmik gəmiləridir. Kosmik aparatlar Yer atmosferindəki karbon qazının mənbələrini izləyir.
Qeyd olunur ki, hər iki missiya prezidentin gündəliyinə və büdcə prioritetlərinə uyğun olaraq dayandırılacaq.
QAZİLER.AZ