Avqustun 6-da Pakistanın şimal-qərbində Əfqanıstanla sərhədə yaxın ərazidə yol kənarında güclü partlayış baş verib.
Qaziler.az-ın məlumatına görə, bu barədə “APNews” xəbər dərc edib.
Hadisə Xayber Paxtunxva əyalətinin Cənubi Vəziristan rayonunda yerləşən Vana şəhərində baş verib. Yerli polis rəisi Adam Xan bildirib ki, hadisə zamanı iki asayiş keşikçisini xilas etmək mümkün olmayıb, daha 14 nəfər yaralanıb. Partlayışdan zərərçəkənlərin əksəriyyəti ətrafdakılar olub.
Hüquq-mühafizə orqanlarının məlumatına görə, son bir neçə həftə ərzində ölkənin şimal-qərbində silahlı zorakılıqlar artıb və onlarla təhlükəsizlik qüvvəsinin əməkdaşları həlak olub.
Hücuma görə hələ ki, heç kim məsuliyyəti üzərinə götürməyib, lakin səlahiyyətlilər ilk şübhəlinin hərbçilərə və mülki şəxslərə tez-tez hücumları ilə tanınan Tehrik-i Taliban Pakistan (TTP) hərəkatı ola biləcəyini bildirir.
QAZİLER.AZ