Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp Vatikanda görüşə bilərlər.
Qaziler.az-ın məlumatına görə, bu barədə Ümumdünya Köhnə Möminlər Birliyinin (WOU) rəhbəri Leonid Sevastyanov RİA “Novosti”yə bildirib.
O bildirib ki, Roma Papası XIV Leonun Ukrayna münaqişəsinin nizamlanması üzrə danışıqları qəbul etmək təklifi hələ də qüvvədədir.
“Mənə dedilər ki, Vatikan mümkün məkandır. Papa Leonun dövlət katibi Parolin tərəfindən təsdiq edilmiş dəvət qüvvədədir”, - deyə Sevastyanov açıqlamasında bildirib.
QAZİLER.AZ