Çində COVID-19-a qarşı tətbiq olunan genişmiqyaslı məhdudiyyətlər yenidən bərpa olunur.
APA xarici KİV-ə istinadən xəbər verir ki, ölkədə dişi ağcaqanad vasitəsilə yayılan və sürətlə yoluxan yeni Çikungunya virusu aşkar edilib.
126 milyon nəfər yaşayan Quanqdonq vilayətində sakinlər yenidən maska taxmağa başlayıb. Hakimiyyət orqanları sanitar qaydaları sərtləşdirərək, yeni məhdudiyyətlər tətbiq edib.
Virus Hind Okeanı sahillərindən gəlmiş və orada artıq 50 mindən çox insan virusa yoluxub.
“Corona 2.0” adlandırılan bu xəstəliyin əlamətləri arasında 40 dərəcəyə qədər yüksək hərarət, oynaqlarda və əzələlərdə güclü ağrılar, baş ağrısı, ürəkbulanma, səpgilər və ümumi yorğunluq var. Simptomlar yoluxmadan sonra 4-8 gün ərzində üzə çıxır.