Avstraliyada 50 minə yaxın müəllim etiraz aksiyası keçirib

Avstraliyada 50 minə yaxın müəllim etiraz aksiyası keçirib backend

Avstraliyanın Kvinslend ştatında 50 minə yaxın müəllim iş şəraitinin yaxşılaşdırılması tələbi ilə 15 ildə ilk dəfə etiraz aksiyasına çıxıb.

Qaziler.az xəbər verir ki, bu barədə “9News” portalı məlumat yayıb.

“48 000 müəllimin iştirak etdiyi tətil bütün 1266 Kvinslend dövlət məktəbini və 560 000 şagirdi əhatə edib”, - məqalədə deyilir.

Etirazlar müəllimlərin həmkarlar ittifaqı hökumətin üç il ərzində maaşların artırılması təklifini rədd etdikdən sonra başlayıb. Əvəzində müəllim çatışmazlığı problemini həll etməyi və iş yerlərində təhlükəsizliyin yaxşılaşdırılmasını tələb ediblər.

Problemi həll etmək üçün həmkarlar ittifaqı və kabinet nümayəndələri danışıqlar aparacaqlar.

QAZİLER.AZ