ABŞ prezidenti Donald Tramp Rusiyanı ABŞ-nin milli təhlükəsizliyinə təhdid adlandırıb.
Qaziler.az “Reuters”ə istinadla bildirir ki, bu barədə Ağ Evin rəsmi saytında dərc olunmuş sərəncamda deyilir.
Rusiya neftinin alınması üçün Hindistana 25%-lik rüsumların tətbiqi ilə bağlı verdiyi sərəncamda Tramp bildirib ki, tariflərin tətbiqi ilə bağlı qərarı Rusiyanın Ukraynanın suverenliyi və ərazi bütövlüyünü pozmağa səy göstərməsi səbəbindən verib.
“Rusiya hökumətinin hərəkətləri və siyasəti ABŞ-nin milli təhlükəsizliyi və xarici siyasəti üçün qeyri-adi və fövqəladə təhlükə yaratmaqda davam edir”, - sənəddə qeyd olunub.
Qdyd edək ki, Tramp Hindistanı Rusiya neftini almaqda ittiham edərək, ordan gətirilən mallara 25% əlavə idxal rüsumu tətbiq edən sərəncam imzalayıb.
QAZİLER.AZ