ABŞ-nin ən böyük hərbi bazasında atışma olub, ölənlər var

ABŞ-nin ən böyük hərbi bazasında atışma olub,  ölənlər var backend

ABŞ-nin Corciya ştatındakı Fort Stüart hərbi bazasında silahlı insident baş verib.

Qaziler.az-ın məlumatına görə, bu barədə qurumun “Facebook” səhifəsində məlumat verilib.

Məlumatda qeyd olunub ki, atışma nəticəsində ölənlər var. Hazırda hərbi bazanın ərazisi müvəqqəti olaraq bağlanıb.

“Fort Stüart 2-ci Zirehli Briqada Döyüş Komandasının ərazisi insidentinə görə mühasirədədir. Baza saat 11:04-də (Bakı vaxtı ilə 19:04) bağlanıb, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerindədir. İtkilər var”, - məlumatda qeyd olunub.

Hadisənin təfərrüatları hazırda açıqlanmır. Fort Stüart ABŞ-nin ən böyük hərbi bazalarından biridir və burada bir neçə min hərbçi xidmət edir.

QAZİLER.AZ