Türkiyəli müğənni Selami Şahin xəstəxanaya yerləşdirildi

Türkiyəli müğənni Selami Şahin xəstəxanaya yerləşdirildi backend

Türkiyənin canlı korifeyi Selami Şahin təcili olaraq xəstəxanaya yerləşdirilib. O, yay tətilini keçirdiyi İzmirin Çeşmə rayonunda yıxılıb.

Oxu.Az bu barədə "Time35"ə istinadla xəbər verir.

Bildirilir ki, 77 yaşlı sənətkar yıxılma nəticəsində sağ qolundan xəsarət alıb. Bundan sonra o, Çeşmə Dövlət Xəstəxanasına çatdırılıb və ilkin tibbi müdaxilə həyata keçirilib.

Həkimlərin verdiyi məlumata görə, rentgen müayinəsi zamanı Şahində sınıq, çıxıq aşkarlanmayıb, yalnız yumşaq toxuma zədələnməsi müşahidə olunub və ifaçıya bir müddət istirahət etməsi tövsiyə olunub.

Selami Şahin bununla əlaqədar açıqlama verib və pərəstişkarlarını narahat olmamağa çağırıb.

"Sadəcə, bir az istirahətə ehtiyacım var. Qısa zamanda özümə gəlib yenidən aranıza dönəcəyəm", - deyə o bildirib.