Nigeriyada silahlı şəxslər gecə basqında qadın və uşaqlar da daxil olmaqla 60 nəfəri qaçırıblar.
Qaziler.az bildirir ki, bu barədə avqustun 6-da Reuters agentliyi məlumat yayıb.
“Silahlı cinayətkarlar Nigeriyanın şimal-qərbindəki beş kəndə gecə basqını zamanı ən azı 45 qadın və uşağı qaçırıblar”, – nəşr yazır.
Nəşrin məlumatına görə, hücumçular Sade, Sabonqarin Damri, Tunqar Tsalle, Tunqar Sodangi və Tunqar Musa Doqo kəndlərinə basqın ediblər. Qeyd olunur ki, bu, son günlər ərazidə ikinci kütləvi adam oğurluğu epizodudur.
QAZİLER.AZ