Uqandada insanları daşıyan yük maşınının təpəyə çıxa bilməyərək geriyə yuvarlanması və aşması nəticəsində azı 19 nəfər ölüb, 13 nəfər yaralanıb.
Qaziler.az bildirir ki, bu barədə “Daily Monitor” avqustun 6-da polisə istinadən xəbər verir.
Qəzetin məlumatına görə, qurbanlar əsasən Hoyma şəhərinin ticarətçiləri olub və onlar tez-tez mal almaq üçün hərrac bazarlarına uzun səfərlər edirlər. Sonra onlar Hoymaya qayıdırlar və şəhərin mərkəzindəki bazarda işləyirlər.
Polis hadisənin başvermə şəraitini araşdırır. Daily Monitor əlavə edib ki, qəza yerli sakinlərin qəzəbinə səbəb olub və onlar yerli hakimiyyəti səhlənkarlıqda və qanunlara əməl etməməkdə ittiham edirlər.
QAZİLER.AZ