İndoneziyanın Yava adasının şərqində yerləşən Semeru vulkanında iki püskürmə baş verib.
Qaziler.az bildirir ki, Antara News-un məlumatına görə, Semeru vulkan müşahidə ofisi rəsmiləri Semerunun yerli vaxtla səhər saat 5:24-də püskürdüyünü bildiriblər.
Rəsmilər dağdan püskürən külün təxminən 600 metr yüksəkliyə qalxdığını və şimal-şərqə doğru irəlilədiyini bildirib.
İlkin püskürmənin ardından yerli vaxtla saat 10:08-də Semeru vulkanı yenidən püskürüb, səlahiyyətlilər vulkanik kül buludunun təxminən 600 metr yüksəkliyə çatdığını qeyd ediblər.
"Sakit okean od halqası" zəlzələ və vulkanik qurşağında yerləşən İndoneziyada 130-a yaxın aktiv vulkan var.
QAZİLER.AZ