Hindistanın Uttarakhand əyalətində 4 nəfərin həyatına son qoyan güclü yağışın səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində 100-ə yaxın adamın itkin düşdüyü bildirilir.
Qaziler.az bildirir ki, "Hindustan Times"ın məlumatına görə, əyalətin Dharali rayonunda dünən qəfil yağan leysan nəticəsində yaranan daşqın və torpaq sürüşməsi nəticəsində axtarış-xilasetmə işləri davam edir.
Səlahiyyətlilər 4 nəfərin həyatına son qoyan fəlakəti "ciddi" adlandırıb və 100-ə yaxın adamınitkin düşdüyünü açıqlayıb.
Rəsmilər, axtarış-xilasetmə işləri çərçivəsində bölgəyə göndərilən 11 ordu personalının da itkin düşdüyünü, onlardan ikisinin daha sonra xilas edildiyini bildirib.
Rəsmilər daşqınlarda evlərin və yaşayış yerlərinin dağıldığını, ştatın bir çox bölgəsində təhsilin dayandırıldığını bildirib.
QAZİLER.AZ
