Xirosimanın bombalanmasının ildönümü ilə əlaqədar etiraz aksiyası keçirilib - VİDEO

Xirosimanın bombalanmasının ildönümü ilə əlaqədar etiraz aksiyası keçirilib - VİDEO backend

Yüzlərlə insan Yaponiyanın Xirosima şəhərində Amerika hərbçiləri tərəfindən şəhərin nüvə bombalanmasının 80-ci ildönümünü qeyd etmək üçün keçirilən etiraz aksiyasında iştirak edib.

Qaziler.az bildirir ki, avqustun 6-da baş verən hadisənin görüntülərini “İzvestiya” əldə edib.

Qeyd olunur ki, aksiya iştirakçıları nüvə silahından tam imtinanı, həmçinin silahlı münaqişələrə son qoyulmasını tələb ediblər.

Kadrlarda meydanda banner və müxtəlif atributlu insanların dayandığı görünür. Mitinqdə yerli hüquq-mühafizə orqanları da iştirak edib.

Eyni zamanda Sülh Parkının qarşı tərəfində rəsmi anım mərasimi keçirilirdi.

QAZİLER.AZ