Xamneyinin müşaviri: ABŞ və tərəfdaşları Suriyada məğlub olacaqlar

Xamneyinin müşaviri: ABŞ və tərəfdaşları Suriyada məğlub olacaqlar backend

Suriya problemini hərbi deyil, yalnız siyasi danışıqlar yolu ilə həll etmək olar. Trend-in "Mehr" agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın ali lideri Ayətullah Əli Xamneyinin beynəlxalq məsələlər üzrə müşaviri və İran Məsləhət Şurasının Strateji Araşdırmalar Mərkəzinin sədri Əli Əkbər Vilayəti deyib.


Ə.Vilayəti bildirib ki, ABŞ və regionda Suriya xalqının taleyini müəyyənləşdirmək istəyən digər qüvvələr məğlub olacaqlar: "Çünki onların Suriya xalqının taleyi ilə bağlə qərar qəbul etmək haqqı yoxdur. İran, İraq, Livan və Rusiya Suriyanın yanındadır. Biz qələbəyə ümid edirik. İran Suriya dövləti və xalqını sonadək dəstəkləyəcək".

O, qeyd edib ki, ABŞ və regionun bəzi ölkələri İran və Rusiyanın Suriyanı dəstəkləməsini istəmir: “İran və Rusiya Suriyanı dəstəkləməkdə davam edəcəklər. Biz Suriyanın parçalanmasına qarşıyıq və var gücümüzlə bunun qarşısını almağa çalışacağıq. Müzakirələrdə bu məsələni diqqətdə saxlayacağıq”.

Ə.Vilayəti əlavə edib ki, İran problemin həlli üçün Suriya dövləti və xalqının razılığı olmayan heç bir çıxış yolunu qəbul etmir.
Diaspora