Rejissor Frensis Ford Koppola Romada xəstəxanaya yerləşdirilib.
86 yaşlı rejissor Frensis Ford Koppola Romada xəstəxanaya yerləşdirilib.
Qaziler.az bildirir ki, bu barədə İtaliyanın ANSA xəbər agentliyi məlumat yayıb.
Məlumata görə, Koppola avqustun 5-də səhər saatlarında xəstəxanaya yerləşdirilib. Rejissorun xəstəxanaya yerləşdirilmə səbəbi açıqlanmır.
Frensis Ford Koppola karyerası ərzində "Xaç atası", "Apokalipsiz bu gün" və Drakula (1992) kimi filmlər çəkib.
Rejissorun son filmi “Meqapolis” tənqidçilərdən mənfi rəylər alıb, prokatda uğursuz olub və “Qızıl moruq” anti-mükafatını alıb. Bundan sonra Koppola yeni üçün pulunun olmadığını söyləyib.
QAZİLER.AZ