Finlandiya NATO-nun Ukraynaya kömək üçün alyans ölkələrinin ABŞ-dan silah almasını nəzərdə tutan yeni alətindən hələ istifadə etməyi planlaşdırmır.
Qaziler.az bildirir ki, bu barədə avqustun 5-də ölkənin müdafiə naziri Antti Hakkanen məlumat verib.
"Biz resurslarımızı milli sənaye proqramına yönəltmişik, bu proqram çərçivəsində bütün ölkədəki Fin şirkətlərindən Ukrayna üçün məhsullar sifariş edirik", - Hakkanen Yle televiziya və radio şirkətinə deyib.
Hakkanenin sözlərinə görə, Finlandiya bu proqramı Ukrayna ilə birlikdə hazırlayıb ki, mümkün qədər faydalı olsun.
"Biz Ukraynanı dəstəkləməkdə çox fəal və qətiyyətli olmağa davam edirik, lakin indi diqqətimizi yerli şirkətlərimizdən gələn məhsullara yönəldirik", - nazir əlavə edib.
QAZİLER.AZ