Sudanın Səhiyyə Nazirliyi son bir həftədə 2345 yeni vəba hadisəsinin qeydə alındığını və 21 nəfərin bu xəstəlikdən öldüyünü bildirib.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, bu ölkənin Səhiyyə Nazirliyi ölkədə vəba ilə bağlı son məlumatları açıqlayıb.
Nazirlik son bir həftədə 2345 vəba xəstəliyinin aşkar edildiyini, 21 nəfərin isə xəstəlikdən dünyasını dəyişdiyini açıqlayıb.
Açıqlamada qeyd edilib ki, hadisələrin əksəriyyəti Sudanın qərbində yerləşən Şimali Darfur əyalətinin Tavila bölgəsində baş verib.
Avqustun 3-də Birləşmiş Millətlər Təşkilatının Uşaqlara Yardım Fondu (UNİCEF) Sudanın qərbində yerləşən Şimali Darfur əyalətində beş yaşından kiçik 640 min uşağın həyatının zorakılıq, xəstəlik və aclıq səbəbindən risk altında olduğunu bildirib.
QAZİLER.AZ