Litva NATO-dan ölkədə PUA əleyhinə vasitələr yerləşdirməyi xahiş edib.
Qaziler.az TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Dovile Şakaliene məlumat verib.
“Biz əlavə əks-dron sistemlərinin yerləşdirilməsini xahiş edirik, hətta bunlar eksperimental sistemlər olsa belə”, - Müdafiə Nazirliyinin rəhbəri bildirib.
Onun sözlərinə görə, departament NATO-nun baş katibi Mark Rutteyə müraciət edərək, digər məsələlərlə yanaşı, “dəyişən şəraitdə” eksperimental sistemləri sınaqdan keçirməyə hazır olduğunu bəyan edib.
QAZİLER.AZ