İyulda İspaniyada həddindən artıq istilər 1060 nəfərin həyatına son qoyub

İyulda İspaniyada həddindən artıq istilər 1060 nəfərin həyatına son qoyub backend

İspaniya Səhiyyə Nazirliyi iyul ayında ölkədə həddindən artıq istilərin 1060 nəfərin ölümünə səbəb olduğunu açıqlayıb.

Qaziler.az xarici mətbuata istinadən bildirir ki, avqustun 3-dən İspaniyanı bürüyən yeni isti hava dalğası ilə bağlı ictimaiyyəti xəbərdar edən Səhiyyə Nazirliyi, Gündəlik Ölüm Həddinə Nəzarət Sisteminin (MoMo) məlumatlarına əsaslanaraq iyul ayında istidən ölənlərin sayını açıqladı.

Nazirliyin açıqlamasında "İyul ayında yüksək temperaturdan 1060 ölüm hadisəsi baş verib. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 57 faiz çoxdur. İstilər ölümcüldür və sağlamlıq üçün ciddi risklər yaradır. Tədbiri əldən verməyin: Bol su için, özünüzü qoruyun və ən çox ehtiyacı olanlara qayğı göstərin".

Həddindən artıq istidən dünyasını dəyişənlərin böyük əksəriyyəti xroniki və patoloji vəziyyəti olan xəstələrlə yanaşı, qocalar olub.

İspaniya Meteorologiya İnstitutu (AEMET) avqustun 3-də ölkəyə daxil olan isti hava dalğasının həftə sonuna qədər davam edəcəyini açıqlayıb.

QAZİLER.AZ