Belqradda İkinci Dünya Müharibəsindən qalma bomba aşkar edilib

Belqradda İkinci Dünya Müharibəsindən qalma bomba aşkar edilib backend

İkinci Dünya Müharibəsindən qalma Britaniyaya məxsus MC 1000lb Mks I aviabomba Belqradda tikinti meydançasında tapılıb.

Qaziler.az bildirir ki, bu barədə avqustun 5-də Serbiyanın baş nazirinin müavini və daxili işlər naziri İvitsa Daçiç məlumat verib.

Bombanın çəkisi təxminən 500 kq-dır, bunun təxminən 220 kq-ı partlayıcıdır.

"Yaxınlıqdakı ərazilərin sakinləri davranışla bağlı tövsiyələr barədə dərhal məlumatlandırılacaqlar", - deyə Daçiç Serbiya Daxili İşlər Nazirliyinin saytında verdiyi açıqlamada bildirib.

İdarədən verilən məlumata görə, Fövqəladə Hallar sektorunun mütəxəssisləri tərəfindən kəşfiyyat işləri aparılaraq mərmi müəyyən edilib, vəziyyəti qiymətləndirilib və daşınmaya hazırlanıb.

Bombanın şənbə günü, avqustun 9-u səhər zərərsizləşdirilməsi planlaşdırılır. Bundan sonra o, məhv edilmək üçün təhlükəsiz yerə təhvil veriləcək.

QAZİLER.AZ