Tramp Aİ-ni rüsumları 35%-ə qaldırmaqla hədələyib

Tramp Aİ-ni rüsumları 35%-ə qaldırmaqla hədələyib backend

ABŞ prezidenti Donald Tramp Aİ-nin ticarət sazişi çərçivəsində Amerika iqtisadiyyatına sərmayə qoymaq üzrə öhdəliklərini yerinə yetirməməsi halında Avropa İttifaqını idxal tariflərini 35%-ə qaldıracağı ilə hədələyib.

Qaziler.az-ın məlumatına görə, Amerika lideri bu barədə CNBC telekanalına müsahibəsində bildirib.

Tramp jurnalistlərin Aİ-nin investisiya sazişlərini yerinə yetirməyəcəyi halda ABŞ-nin hansı tədbirləri görəcəyi ilə bağlı sualını cavablandırarkən, "Onda onlar 35% tarif ödəyəcəklər" deyib.

QAZİLER.AZ