“Apple”ın “iPhone 17”ni təqdim edəcəyi TARİX açıqlandı

“Apple”ın “iPhone 17”ni təqdim edəcəyi  TARİX açıqlandı backend

“Apple” şirkəti “iPhone 17” seriyasını və onun digər yeni məhsullarını sentyabrın 9-da təqdim edəcək.

Qaziler.az xəbər verir ki, bu barədə Almaniyanın “iPhone-Ticker” portalı Almaniya telekommunikasiya sənayesindəki mənbələrə istinadən məlumat yayıb.

Maraqlıdır ki, daha əvvəl “Apple”ın təqdimatı üçün ən çox ehtimal olunan tarixlər kimi sentyabrın 9-u və ya 10-u jurnalist Mark Qurmanın proqnozu ilə üst-üstə düşür.

“Apple”ın ənənəvi sxeminə görə, ilkin sifarişlər sentyabrın 12-i cümə günü başlayacaq, mağazalara və müştərilərə ilk çatdırılma isə sentyabrın 19-da gözlənilir. Həmin gün smartfonlar ABŞ, Çin, Avropa və Yaponiya da daxil olmaqla, əsas regionlarda satışa çıxarılacaq.

Sentyabrın 9-da keçiriləcək təqdimat çərçivəsində dörd modelin eyni gündə elan ediləcəyi gözlənilir: “iPhone 17”, Plus versiyasını əvəz edəcək “iPhone 17 Air”, “iPhone 17 Pro” və “iPhone 17 Pro Max”. Şirkət, ehtimal olunur ki, “Apple Watch Series 11”, “Apple Watch SE 3”, “Apple Watch Ultra 3” və “AirPods Pro 3” qulaqlıqlarını da təqdim edəcək.

“Apple” çox güman ki, tədbirdən bir həftə əvvəl, yəni sentyabrın 2-də təqdimat tarixini rəsmi olaraq elan edəcək, bloqerlərə və mediaya dəvət göndərəcək.

QAZİLER.AZ