Çinin Tibet Muxtar Vilayətinin xalq hökumətinin başçısı Qama Sedayn mətbuat konfransı zamanı bildirib ki, Dalay Lamanın reinkarnasiyası ilə bağlı yekun qərarı Çin hakimiyyəti verəcək.
Qaziler.az bildirir ki, bu barədə RİA “Novosti” məlumat yayıb.
"Dalay Lama titulunun tarixi legitimliyi Dalay Lamanın reenkarnasiyası ilə bağlı qərar vermək üçün son və mübahisəsiz hüquq mərkəzi hökumətdən gəlir", - Sedayn vurğulayıb.
O xatırladıb ki, Tibet Buddizminin ruhani liderinin reinkarnasiyası Çin daxilində axtarış, qızıl qabda püşkatma və sonradan mərkəzi hökumət aparatı tərəfindən təsdiqlənmə prinsiplərinə uyğun olaraq baş tutmalıdır.
QAZİLER.AZ